Üz dərisi üçün düzgün seçimlər

Üz dərisi üçün düzgün seçimlər

Üz dərisini təmiz, sağlam və parlaq etmək üçün əmək verməli, xüsusi olaraq qulluq göstərmək lazımdır.

 

 -Günəş qoruyucu kremi evdən çıxmazdan əvvəl çəkin

 

Günəş kremi günəş yanığı, dəri xərçəngi və erkən qocalmağa qarşı dərini qoruyur. Uzun müddət havada vaxt keçirirsinizsə, çantanıza krem atmağı unutmayın. Çünki evdən çıxmazdan 15-30 dəqiqə əvvəl sürtməli olduğunuz kremi bir neçə saatda yeniləməlisiniz.

 

-Yağlı qulluq məhsullarından uzaq durun

 

Yaz istisinə və nəminə məruz qalan dəri daha yüngül qulluq məhsulları tələb edir.

 

-Günəşdən qorunarkən nəmləndirin

 

Hava isti və nəmli olsa da üzünüzü nəmləndirməlisiniz. Həm günəşdən qoruyan, həm də nəmləndirici olan məhsullar yay ayları üçün idealdır.

Bir neçə saatda tətbiq edilən, 30 və daha yüksək SPF-li məhsullardan alın.

 

 -İncə çizgilər üçün C vitamini serumu

 

Dərini təmizləmək və nəmləndirməklə yanaşı bir neçə damcı C vitamini də əlavə edə bilərsiniz.

 

 -Daha çox pilinq edin:

 

Dərinizə tətbiq etdiyiniz pilinqlər ölü dərilərdən qurtulmaq və dərini qorumaq üçün çox faydalıdır. Bunu daha tez-tez təkrarlaya bilərsiniz.

 

-Tez-tez yuyunmaq dərini quruda bilər

 

Çox duş almaq yay aylarında nəmə ehtiyac duyan dərini quruda bilər. Bunun üçün duşda daha az müddət qalmalısınız.